Aİ ABŞ mallarına rüsum tətbiq etdi

Aİ ABŞ mallarına rüsum tətbiq etdi

🇪🇺🇺🇸 Əgər Vaşinqtonla danışıqlar uğursuz olarsa, Aİ ABŞ mallarına qarşı 100 milyard avro dəyərində rüsumlar tətbiq etməyi planlaşdırır — Bloomberg xəbər verir.

Birxeber.az xəbər verir ki, layihə çərşənbə günü Aİ ölkələrinə təqdim olunacaq və bu məsələ ilə bağlı məsləhətləşmələr bir ay davam edəcək.

Nəşrin məlumatına görə, Aİ artıq Trampın polad və alüminium ixracına dair tədbirlərinə cavab olaraq 21 milyard avro dəyərində ABŞ mallarına rüsum tətbiq edib. Gələcək tədbirlər təkcə malları deyil, həm də xidmət və ixrac sahələrini əhatə edə bilər.