Həştərxanda bazar yanıb, 100 nəfər təxliyə edilib

Həştərxanda bazar yanıb, 100 nəfər təxliyə edilib

Rusiyanın Həştərxan vilayətindəki eyni adlı şəhərdə ən böyük bazarlardan birində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 100-dən çox insan təhlükə zonasından çıxarılıb.

Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, yanğının söndürülməsinə kommunal xidmətin işçiləri də köməklik göstərir.

Yanğın sahəsi 1200 kvadratmetr təşkil edir.

Hazırda yanğın lokallaşdırılıb, itki olmayıb.

Yanğının söndürülməsinə 90 nəfər canlı qüvvə və 21 texnika cəlb olunub.