Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb – YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb – YENİLƏNİB

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Birxeber.Az"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

23:13

Müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi – Aeroport yolunda bəzi zolaqlarda sürət həddi 20 km/saat endirilib.

Bu barədə “Birxeber.Az”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub”, – Mərkəz diqqətə çatdırıb.