Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb.

“Birxeber.Az” xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasının nəticələrinə əsasən “The Guardian” qəzeti verib.

Torilər artıq müxtəlif dövlət orqanlarında – bələdiyyə, yerli və regional şuralarda 448-dən çox yer itiriblər, yəni 2021-ci il seçkiləri ilə müqayisədə, demək olar, yarısını. Hakim partiya yalnız 479 regional mandatı özündə saxlaya bilib.

Bu göstəriciyə görə, onu təkcə müxalif Leyboristlər Partiyası (1 026 yer, +173 mandat) deyil, həm də Liberal Demokratlar Partiyası (505 yer, +101 mandat) ötüb. 224 mandat müstəqil namizədlərin (+92), 159 mandat Yaşıllar Partiyasının (+65 yer) nümayəndələrinin nəzarətinə keçib.

Səsvermənin yekun nəticələri şənbə günü açıqlanacaq. Digərləri ilə yanaşı, London, Böyük Mançester, Liverpul və digər şəhərlərin merləri vəzifələrinə seçkilərin qaliblərinin adları açıqlanacaq.