Braziliyada son 80 ilin ən güclü daşqınları 39 nəfərin həyatına son qoyub

Braziliyada son 80 ilin ən güclü daşqınları 39 nəfərin həyatına son qoyub

Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.

Riu-Qrandi-du-Sulda həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günədək 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. On minlərlə yerli sakin evlərini tərk edib və hazırda sığınacaqlardadır.

Portu-Aleqri ştatının paytaxtında Patus gölünün şlüzlərindən biri yarılıb və şəhərin şimalındakı əraziləri daşqın təhlükəsi ilə üz-üzə qoyub.

Braziliya Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, daşqın son 80 ilin ən güclüsü olub, bir sıra şəhərlərdə suyun səviyyəsi müşahidənin başladığı 150 il əvvəldən bəri ən yüksək həddə çatıb.