Türkiyədə bomba xəbərdarlığı verildiyi təyyarədə təhlükəli maddə aşkarlanmayıb - YENİLƏNİB

Türkiyədə bomba xəbərdarlığı verildiyi təyyarədə təhlükəli maddə aşkarlanmayıb - YENİLƏNİB

Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən təyyarədə bomba olmasına dair xəbərdarlığın əsassız olduğu məlum olub.

“Birxeber.Az” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Əsənboğa hava limanına qayıdan təyyarə rahat şəkildə eniş edib və təhlükəsiz parklanma yerinə aparılıb.

Sərnişinlər təxliyə edildikdən sonra hava nəqliyyatı vasitəsində mütəxəssis qruplar və qoxuya həssas köpəklər tərəfindən axtarış aparılıb.

Sərnişinlərə və onların baqajına da baxış keçirilib.

Polis qruplarının təyyarədə apardığı axtarışlar nəticəsində xəbərin yalan olduğu aydın olub.

04:39

Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən sərnişin təyyarəsinə bomba xəbərdarlığı edilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, “AnadoluJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra bomba xəbərdarlığı ilə əlaqədar Ankara Əsənboğa aeroportuna qayıdıb.

Hazırda təyyarədə axtarış aparılır.