Tacikistanda Rusiyaya bilet satışı kəskin azalıb

Tacikistanda Rusiyaya bilet satışı kəskin azalıb

Moskvada “Crocus City Hall”da baş verən terror aktından sonra Tacikistan vətəndaşları Rusiyaya aviabiletləri qaytarmağa başlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Asia-Plus” portalı aviaşirkətin nümayəndəliklərinə istinadən məlumat yayıb.

Xüsusilə “Somon Air”in nümayəndələri bildiriblər ki, hazırda Rusiyaya bilet satışında, eləcə də onların geri qaytarılmasında 20% azalma var.

Həmçinin Düşənbədəki aviakassalar sərnişinlərin olmaması səbəbindən Rusiyaya uçuşların sayının azaldığını bildiriblər.