ABŞ-də tornado nəticəsində azı üç nəfər ölüb

ABŞ-də tornado nəticəsində azı üç nəfər ölüb

ABŞ-nin Oklahoma ştatında tornadolar nəticəsində biri uşaq olmaqla azı üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Məlumata görə, ştatda bir neçə güclü tornado qeydə alınıb.

Hadisə ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edilib.