Slovakiyanın Baş naziri Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır

Slovakiyanın Baş naziri Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır

Slovakiyanın Baş naziri Robert Fitso Rusiya ilə Ukrayna arasında atəşkəsin tərəfdarı olduğunu bildirib.

“Birxeber.Az” xəbər verir ki, o, bu barədə “Joj24” telekanalına müsahibəsində deyib.

"Həmişə (münaqişənin) sülh yolu ilə həllinə və nəyin bahasına olursa olsun, atəşkəsə üstünlük verəcəyəm", - o vurğulayıb.

Fitso həmçinin əmindir ki, Ukraynaya silah tədarükü uyğun həll yolu deyil və buna sərf olunan vəsait boşa çıxır. Bundan əlavə, Baş nazir Ukrayna üçün maliyyə toplayan təşəbbüs qruplarına şübhə ilə yanaşdı. Belə qruplardan biri 2022-ci ildə 4 milyon avro toplaya bilib.

Daha əvvəl Slovakiyanın xarici işlər naziri Yuray Blanar Rusiya-Ukrayna münaqişəsinin tezliklə başa çatmasına və sülhə nail olmağa çağırıb.