Hindistanda vəhşi fil 4 nəfəri tapdalayaraq öldürüb

Hindistanda vəhşi fil 4 nəfəri tapdalayaraq öldürüb

Hindistanın Assam əyalətində iki meşə işçisi də daxil olmaqla, azı dörd nəfər vəhşi fil tərəfindən tapdalanaraq öldürülüb.

APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Assamın mərkəzi şəhəri Dispurdan təxminən 147 kilometr şimal-şərqdə, Sonitpur rayonunun Dhiraimajuli bölgəsində baş verib.

Meşə idarəsi dərhal həyəcan siqnalı verərək, şəxsi heyəti əraziyə cəlb edib.