Tbilisidə yeni qanun layihəsinə qarşı aksiya başa çatıb

Tbilisidə yeni qanun layihəsinə qarşı aksiya başa çatıb

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında yeni qanun layihəsinə etiraz aksiyası başa çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Etirazçılar xüsusi təyinatlıların son bölmələri parlamentə bitişik ərazini tərk etdikdən sonra dağılışmaq qərarına gəliblər. Qanunverici orqanda qalan nümayişçilərin bir hissəsi parlament binasının ətrafında gəziblər və sonra evlərinə dağılmağa başladılar.

Polis dəstələri yalnız parlamentin ön girişindəki Rustaveli prospektində qalmağa davam edir. Rustaveli prospektində artıq ərazini təmizləməyə başlayan şəhər xidmətlərinin işçiləri küçəyə çıxıb.