Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

Mayın 8-də Fransanın Marsel şəhərində keçiriləcək Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis və jandarm cəlb olunacaq.

Birxeber.Az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Darmanin məlumat yayıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsində dronlarla mübarizə bölmələri, xüsusi təyinatlılar və sualtı qayıqlar da iştirak edəcək.