Yeni dövlətin yaradılması barədə saziş imzalandı

Yeni Kaledoniya dövlətinin yaradılması haqqında saziş Parisətrafı Buqivalda imzalanıb.
Birxeber.az xəbər verir ki, bu barədə Politico danışıqların iştirakçılarına istinadən yazıb.
Nəşrin dəqiqləşdirdiyi kimi, müqavilənin imzalanması Yeni Kaledoniyanın gələcəyini müzakirə edən rəqib siyasi hərəkatlar tərəfindən elan edilib.
Sənəd Fransadan qismən asılı olan yeni dövlətin yaradılmasını nəzərdə tutur. Böyük ehtimalla, Yeni Kaledoniya sakinləri ayrıca vətəndaşlıq alacaq və iki pasporta sahib ola biləcəklər. Bundan əlavə, yeni dövlətə öz beynəlxalq siyasətini aparmaq səlahiyyəti verilə bilər - "Les Nouvelles Calédoniennes" qəzeti belə yazır.
Lakin sənəd qüvvəyə minməzdən əvvəl Fransa parlamenti tərəfindən təsdiqlənməlidir. Bundan sonra Yeni Kaledoniyada müvafiq referendum keçiriləcək.
Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında Fransanın dəniz hüdudlarından kənar ərazisinin institusional strukturu ilə bağlı “tarixi” sazişin bağlandığını təsdiqləyib. Onun sözlərinə görə, Yeni Kaledoniyanın seçilmiş nümayəndələrinin iştirakı ilə aparılan danışıqlar on gün davam edib.