Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb

"Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

Birxeber.az  "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 31 nəfərdən ibarət doqquz ailə köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.