Xankəndiyə ilk köç karvanı yola salındı
Bu gün Xankəndi şəhərinə ilk köç karvanı yola salınıb. İlkin mərhələdə şəhərə 36 ailə – ümumilikdə 162 nəfər köçürülür.
Köç prosesi dövlətin müəyyən etdiyi mərhələli plan əsasında həyata keçirilir. Köçürülən ailələr üçün Xankəndidə yaşayış şəraiti, sosial infrastruktur və təhlükəsizlik tədbirləri əvvəlcədən təmin edilib.
Qeyd edək ki, Xankəndiyə köç prosesi Böyük Qayıdış proqramı çərçivəsində mərhələli şəkildə davam etdiriləcək.
Birxeber