Xameneinin ofisinin yerləşdiyi ərazi vuruldu
Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığında zərbə endirilib.
Birxeber.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb.
Hadisənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, hadisə strateji əhəmiyyətli zonada baş verib.
Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb
Birxeber