“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu - FOTO

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu - FOTO

Birxeber.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionunun rəqibi "Nyukasl" olub.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. "Köhlən atlar" bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq.


Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

 

***

 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olur.

 

Birxeber.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

 

Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz "səpələnməmişlər" səbətində yer alacaq. "Qarabağ" "səpələnmişlər" səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin "Nyukasl Yunayted" klublarıdır.

 

Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.

 

Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.