İran ABŞ ilə nüvə danışıqlarının 4-cü raundunda iştiraka razılaşıb

"İran ABŞ ilə nüvə danışıqlarının mayın 11-də keçiriləcək 4-cü raundunda iştirak etməyə razılaşıb”.
Birxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Müzakirələr Omanın vasitəçiliyi ilə baş tutacaq.
Qeyd edək ki, bir qədər əvvəl 4-cü mərhələ logistik səbəblərdən təxirə salınmışdı.
Xatırladaq ki, ABŞ-İran danışıqlarının əvvəlki raundları Oman və İtaliyada da keçirilib.