Amerika müharibəyə qoşulur

“ABŞ İrana qarşı müharibəyə qoşulur, İranın əsas nüvə obyektləri bombalanıb”
New York Times yazır ki, ABŞ müharibəyə qoşulub.
Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə uğurla hücum etdiyini açıqlayıb:
“Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana çox uğurlu hücumumuzu başa çatdırdıq. İndi bütün təyyarələr İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar. İndi sülh vaxtıdır!”
Tramp “Reuters”ə qısa telefon müsahibəsində bildirib ki, “Bu gecə inanılmaz bir uğur olub”.
FOX News yazıb ki, ABŞ Fordo nüvə obyektinə 6 ədəd 15 tonluq bunker buster bombası atılıb.