ABŞ Ukraynaya dəstəyi tamamilə dayandıra bilər

ABŞ Ukraynaya dəstəyi tamamilə dayandıra bilər

ABŞ Ukraynaya dəstəyi tamamilə dayandıra bilər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Qeyd olunub ki, əgər belə olarsa, Avropa İttifaqı (Aİ) Kiyevin yeganə ümid yerinə çevriləcək: “Bu zaman Aİ Ukraynaya hərbi yardımı ikiqat artırmalı olacaq”.

Bildirilib ki, Vaşinqtonun hərbi yardımının gələcəyi sual altındadır: “Ona görə də Aİ-nin dəstəyi Kiyevin mübarizəsi üçün yeganə mühüm variant olaraq qalır”.

Xatırladaq ki, ABŞ-nin "Forbes" nəşri daha əvvəl yazmışdı ki, ABŞ Ukraynaya yardımı kəsməklə və faktiki olaraq ona daha 61 milyard dollar ayırmaqdan imtina etməklə Kiyevə xəyanət etmiş oldu.