BCG: Azərbaycan öz istedadlıları sayəsində böyük iqtisadiyyatlar qarşısında üstünlüyə malikdir

BCG: Azərbaycan öz istedadlıları sayəsində böyük iqtisadiyyatlar qarşısında üstünlüyə malikdir

Azərbaycan əmək bazarında çox sayda istedadlı mütəxəssislərə malik olması sayəsində bu gün kəskin insan çatışmazlığı ilə üzləşən dünyanın bir çox aparıcı iqtisadiyyatlarından daha əlverişli vəziyyətdədir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Boston Consulting Group” (BCG) konsaltinq şirkətinin dərc etdiyi "Qlobal istedad bazarı 2024" (“Decoding Global Talent 2024”) araşdırmasında qeyd edilib.

Araşdırma 188 ölkədən 150 mindən çox respondentin sorğu məlumatlarına əsaslanır və seriyada dördüncü hissədir.

BCG ekspertləri qeyd ediblər ki, qlobal əmək bazarında gözlənilən disbalans ilk növbədə doğum sayının azalması və əmək bazarında tələb və təklif arasında uyğunsuzluqla bağlıdır.

“Azərbaycan istedadları sayəsində dünyanın bir çox aparıcı iqtisadiyyatlarından daha əlverişli vəziyyətdədir. Bakıda ofis açmaqla biz inkişaf etməyimizə imkan verəcək çoxlu sayda istedadlı şəxslərin olmasına diqqət yetirdik. Gözləntilərimiz özünü doğruldub - iki il ərzində yerli istedadlar sayəsində ofis ikiqat böyüdü”, - BCG-nin Bakı ofisinin rəhbəri, BCG-nin idarəedici direktoru və Baş tərəfdaşı Kirill Tuişev bildirib.

O qeyd edib ki, Azərbaycan digər ölkələrlə müqayisədə əhəmiyyətli rəqabət üstünlüklərinə malikdir: “Əhalinin orta yaşının gənc, həmçinin təhsilin tarixi əhəmiyyət kəsb edən dəyər olması buraya daxildir. Eyni zamanda, Azərbaycanın qarşısında böyük vəzifələri var: öz rəqabət üstünlüyündən istifadə etmək və yerli istedadları saxlamaq lazımdır. Peşəkar inkişaf üçün belə imkanlar yaradılmalıdır".

Sorğunun nəticələri də göstərib ki, bütün dünyada peşəkarlar ilk növbədə peşəkar inkişaf məqsədi ilə xaricə köçürlər. Onlar əsas səbəb kimi maliyyə və iqtisadi aspektləri (respondentlərin 64 %-i) və iş təcrübəsi (56 %) kimi karyera mülahizələrini göstərirlər. Ölkəni seçmək üçün xüsusi səbəb göstərən respondentlərə görə əsas həlledici amil iş imkanlarının keyfiyyəti (65 %), ikinci yerdə həyat keyfiyyəti və iqlim (54 %) olub. Vətəndaşlıq (18 %) və səhiyyə (15 %) kimi digər ölkəyə xas imkanlar da rol oynayır, lakin bunlar kiçik amillərdir.

Araşdırmaya görə, üstünlük verilən istiqamətlərin reytinqinə güclü iqtisadiyyatı olan ingilisdilli ölkələr başçılıq edir, Avstraliya, ABŞ, Kanada və Böyük Britaniya ən arzuolunan ilk dörd ölkəni təşkil edir, ən yüksək şəhər reytinqi isə London, Nyu-York da ilk beşlikdədir.

Doğuş sayının yüksək olması səbəbindən artıq işçi qüvvəsi olan bölgələrdən gələn insanlar əmək qabiliyyətli əhalinin azaldığı bölgələrin sakinlərinə nisbətən daha fəal olurlar.