“Ağdaş” klubunun baş məşqçisi İntizam Komitəsi tərəfindən cəzalandırılıb

“Ağdaş” klubunun baş məşqçisi İntizam Komitəsi tərəfindən cəzalandırılıb

“Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Milli assosiasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna mütəxəssisin II Liqada XXII turun “Kür-Araz”a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

İntizam Komitəsi Ruslan Hüseynovu 5 oyun cəzalandırıb. “Ağdaş” klubu isə 400 manat cərimə edilib.