AŞF prezidenti: Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq milli komandanın qapısını döyürlər

AŞF prezidenti: Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq milli komandanın qapısını döyürlər

Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq milli komandanın qapısını döyürlər.

"Report"un məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov deyib.

O, kişilər arasında Azərbaycan çempionatında gərgin mübarizəyə şahidlik etdiklərini bildirib: "Yarış iştirakçılarına təşəkkürümü bildirirəm. Görüşlər qarışıq formatda keçirilirdi. Şahmatçılar əvvəlcə dairəvi sistemdə qüvvələrini sınadılar. Ardınca yarımfinal və final görüşləri baş tutdu. İştirakçılardan Məhəmməd Muradlını xüsusi vurğulamaq istərdim. O, indiyə qədər 2 dəfə öllə çempionu olub. Lakin bu dəfə finalda Aydına məğlub olaraq gümüş medalla kifayətləndi. O cümlədən Aydın Süleymanlı da çempion olaraq öz reytinqini qaldırdı".