18 ölkə HAMAS-dan girovları dərhal azad etməyi tələb edib

18 ölkə HAMAS-dan girovları dərhal azad etməyi tələb edib

ABŞ-də daxil olmaqla, 18 ölkə HAMAS-ın 200 gündən çoxdur girov götürdüyü vətəndaşlarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

APA “Reuters”ə istinadən xəbərinə görə, bu dövlətlər adı çəkilən təşkilata ultimatum ünvanlayıb. Müraciətdə onların 200 gündən çoxdur qeyri-qanuni olaraq saxlanıldığı qeyd olunub.

Qeyd edək ki, bölgədə vəziyyət ötən il, oktyabrın 7-dən etibarən gərginləşib. HAMAS-ın İsrailə hücumu nəticəsində 1200-dən çox insan ölüb.