İrandan Ermənistana narkotik daşıyan dəstə tutulub

İrandan Ermənistana narkotik daşıyan dəstə tutulub

İrandan Ermənistana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ermənistan və İranın hüquq-mühafizə orqanlarının əməkdaşları yanvarın 25-də Meqriyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin gətirildiyini və İrəvanda daşınmalı olduğunu müəyyən ediblər. Narkotiki qəbul edən şəxslər saxlanılıb və onların üzərindən 13 kq narkotik vasitə aşkar edilib”, - deyə məlumatda deyilir.

Əməliyyat zamanı 1 İran və bir neçə Ermənistan vətəndaşı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.