Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub.

“Birxeber.Az” xəbər verir ki, hər iki qarşılaşma aprelin 24-də baş tutacaq.

İlk olaraq “Qəbələ” və “Zirə” kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu cütlüklər arasında baş tutan ilk oyunda “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib