Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir

Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir

İşğal dövründə Qarabağda ibadət evləri dağıdılıb, mal-qara saxlanılıb. Beynəlxalq ictimaiyyət niyə buna reaksiya vermir? Niyə riyakar siyasət həyata keçirir?

Birxeber.Az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O deyib ki, baş verənlərlə bağlı atılan addımlar, verilən reaksiyalar yetərli olmayıb:

"Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir. Mədəni bir dünyada yaşaya bilməyimiz üçün yaşananların obyektiv bir şəkildə hesabı soruşulmalıdır. Hesab edirəm ki, bunun üstündə dayanmaq lazımdır. Bu barədə sadəcə toplaşıb bir-birimizin çıxışını dinləməli deyilik. Biz hər birimiz dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq etirazımızı bildirməliyik".

Aygün Attar qeyd edib ki, Azərbaycan bu forumla mədəniyyət və təhlükəsizliklə bağlı dünyaya çağırış edir.

O, həmçinin Qarabağın dirçəlməsində Azərbaycana dəstək göstərən Türk dövlətlərinə təşəkkürünü ifadə edib.