Türkiyədə havada olan təyyarəyə bomba xəbərdarlığı edilib

Türkiyədə havada olan təyyarəyə bomba xəbərdarlığı edilib

Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən sərnişin təyyarəsinə bomba xəbərdarlığı edilib.

“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, “AnadoluJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra bomba xəbərdarlığı ilə əlaqədar Ankara Əsənboğa aeroportuna qayıdıb.

Hazırda təyyarədə axtarış aparılır.