Pentaqon "Northrop Grumman" hərbi sənaye korporasiyası ilə müqavilə imzalayıb
ABŞ Müdafiə Nazirliyi "B-2" strateji bombardmançılarının modernləşdirilməsi və texniki xidmət göstərilməsi üçün “Northrop Grumman” hərbi sənaye korporasiyası ilə 7 milyard dollarlıq müqavilə imzalayıb.
Birxeber.Az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilir ki, sövdələşməyə modernləşdirmə, texniki xidmət, logistika, mühəndislik və proqram təminatı daxildir.