Birxeber.az / Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub

22-04-2024, 14:40

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub.

“Birxeber.Az” xəbər verir ki, hər iki qarşılaşma aprelin 24-də baş tutacaq.

İlk olaraq “Qəbələ” və “Zirə” kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu cütlüklər arasında baş tutan ilk oyunda “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib

Geri qayıt