Aİ-nin XİN rəhbərləri və müdafiə nazirləri İranı müzakirə edəcəklər

Aİ-nin XİN rəhbərləri və müdafiə nazirləri İranı müzakirə edəcəklər

Avropa İttifaqı xarici işlər və müdafiə nazirləri aprelin 22-də planlaşdırılan görüşdə İranın İsrailə hücumu ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell (Jozeph Borrell) deyib.

“Gələn bazar ertəsi xarici işlər və müdafiə nazirlərinin planlaşdırılmış görüşü olacaq. Körfəzdəki həmkarlarımızla bu məsələni müzakirə edəcəyik”, - deyə o vurğulayıb..