Gürcüstan Milli Bankı I rübdə valyuta bazarından 214 milyon dollar alıb

Gürcüstan Milli Bankı I rübdə valyuta bazarından 214 milyon dollar alıb

Bu ilin I rübündə Gürcüstan Milli Bankının valyuta bazarına müdaxiləsi alışyönlü olub - 213,8 milyon ABŞ dolları təşkil edib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bunun 9 milyon ABŞ dolları yanvar, 77 milyon ABŞ dolları fevral, 127,8 milyon ABŞ dolları isə mart ayının payına düşüb.

Ötən il isə tənzimləyici qurum milli valyutanın (lari) məzənnəsini sabitləşdirmək - onun həddindən çox bahalaşmasının qarşısını almaq üçün valyuta bazarından 1,47 milyard dollar alıb, əvəzində 195 milyon dollar satıb.