Mikayıl Cabbarov Səudiyyənin energetika naziri ilə “iqtisadi inkişaf hədəflərini” müzakirə edib

Mikayıl Cabbarov Səudiyyənin energetika naziri ilə “iqtisadi inkişaf hədəflərini” müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək “iqtisadi inkişaf hədəflərini” müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın baş iqtisadçısı sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.