Süni intellekt yeni təhlükəli viruslar aşkarlayıb

Süni intellekt yeni təhlükəli viruslar aşkarlayıb

Vaterloo Universitetinin kanadalı alimləri süni intellektdən istifadə edərək əvvəllər məlum olmayan 191 astrovirusu təsnif ediblər.

“Report” xəbər verir ki, araşdırma “Frontiers in Molecular Biosciences” elmi jurnalında dərc olunub.

Astroviruslar dünyada ən dağıdıcı və geniş yayılmış patogenlər hesab olunur. Bu viruslar hər il 440 mindən çox beş yaşınadək uşağı öldürən şiddətli ishala səbəb olurlar. Quşçuluq sənayesində quş qripi kimi astroviruslara yoluxma nisbəti 80%, xəstə heyvanlar arasında itkilər 50% -ə çatır.

2023-cü ildə fərqli genomlara malik 322 naməlum astrovirus var idi. Cari ildə isə bu rəqəm 479-a yüksəlib. Tədqiqatın aparıcı müəllifi Fatemeh Alipur qeyd edib ki, insanların 2%-dən 9%-ə qədəri bu viruslardan birinin daşıyıcısıdır:

“Bəzi ölkələrdə bu pay 30%-ə çatır. Bu virusları anlamaq və effektiv şəkildə təsnif etmək peyvəndin inkişafı üçün vacibdir”.