Bakıda motosikletlə vurulan gənc qız ağır xəsarət alıb

Bakıda motosikletlə vurulan gənc qız ağır xəsarət alıb

Bakının Yasamal rayonunda 19 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Birxeber.Az” xəbər verir ki, motosiklet yolu keçən 2005-ci il təvəllüdlü Muxtarova Duyğu Yusif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .