ABŞ-da üç polis atışmada öldürülüb

ABŞ-da üç polis atışmada öldürülüb

ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində baş verən atışma nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 5-i yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan polislərdən birinin vəziyyəti ağırdır.

“CBS News”un məlumatına əsasən, atışmada şübhəli bilinənlərdən biri ölü tapılıb.