Rəşad Nəbiyev: Avropa İttifaqının nümayəndəsi ilə Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edilib

Rəşad Nəbiyev: Avropa İttifaqının nümayəndəsi ilə Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb.

"Birxeber.Az-Economics"in xəbərinə görə, nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib.

"Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.