Hacıqabulda avtomobil vuran 70 yaşlı qadın ölüb - YENİLƏNİB
Hacıqabulda avtomobil vuran piyada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobillə vurulan Hacıqabul sakini, 1954-cü il təvəllüdlü Muxtarova Qızbəs Abuzər qızı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.
***
18.28
Hacıqabulda avtomobil piyadanı vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, minik avtomobili Hacıqabul sakini, 1954-cü il təvəllüdlü Muxtarova Qızbəs Abuzər qızını vurub.
Xəsarət alan piyada Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.