CDRI COP29-da telekommunikasiyanın davamlılığı ilə bağlı araşdırma təqdim edəcək

CDRI COP29-da telekommunikasiyanın davamlılığı ilə bağlı araşdırma təqdim edəcək

Fəlakətlərə Dayanıqlı İnfrastruktur Koalisiyası (CDRI) Bakıda keçiriləcək COP29 iqlim konfransında təbii fəlakətlərə qarşı telekommunikasiya infrastrukturunun gücləndirilməsinə dair yeni araşdırmanı təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.

CDRI baş direktoru Amit Prothinin sözlərinə görə, təşkilat bütün dünyada telekommunikasiya infrastrukturu layihələrini genişləndirir və bu il xarici ölkələrdə təşəbbüslərə başlayacaq.

“Biz Hindistanın bir neçə ştatında telekommunikasiya məkanında risklərin harada olduğunu anlamaq üçün araşdırma aparırıq”, - o əlavə edib.

A.Prothi qeyd edib ki, araşdırmanı təqdim etməklə yanaşı, CDRI inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yeni maliyyə alıcıları dəstinin nümayişini planlaşdırır.

Qeyd edək ki, CDRI Hindistanın rəhbərlik etdiyi təşəbbüsdür və ekoloji təlatümlərdən yarana biləcək mümkün risklərin modelləşdirilməsi üzrə digər ölkələrə xidmətlər təqdim edir.