Birxeber.az / Rəşad Nəbiyev: Avropa İttifaqının nümayəndəsi ilə Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edilib

Rəşad Nəbiyev: Avropa İttifaqının nümayəndəsi ilə Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edilib

15-04-2024, 18:50

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb.

"Birxeber.Az-Economics"in xəbərinə görə, nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib.

"Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.

Geri qayıt