Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində “Gürcü arzusu”nun təşkilatçılığı ilə “Ümumi Xalq Məclisi” adlı aksiya keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, aksiya Gürcüstanın Dövlət himni ilə açılıb.

Vətəndaşlar saat 18:00-dan Rustaveli prospektinə toplaşmağa başlayıblar.

Bugünkü görüşə “Gürcü Arzusu”nun gənclər qanadının nümayəndələri də qoşulub. Onlar üzərində “Avropaya layiqdir” yazısı olan pankart açıblar.

Qeyd edək ki, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili qanunverici orqanın yaxınlığında toplaşan vətəndaşlara müraciət edəcək. Bundan başqa, Baş nazir İrakli Kobaxidze, “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze də dinləyicilər qarşısında çıxış edəcəklər.