Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Yaralı sayı isə 6 nəfərdən 9-a yüksəlib.

Xilasetmə işləri davam edir.

19:21

Zəngəzurda İran dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

"Birxeber.Az" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Avtobusun İrandan gəldiyi bildirilir.