Britaniyalı nazir müavini: “Ölkə mümkün müharibəyə hazır deyil”

Britaniyalı nazir müavini: “Ölkə mümkün müharibəyə hazır deyil”

Hazırda Böyük Britaniya mümkün müharibəyə hazır deyil.

Birxeber.Az xəbər verir ki, bunu Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi “Telegraph” qəzeti üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya Nazirlər Kabinetinin bəzi üzvləri yəqin ki, bunkerin harada yerləşdiyini bilmirlər.

Eyni zamanda, Hippi dünyanın üçüncü dünya müharibəsi astanasında olduğuna inanmadığını, lakin dünyanın müharibədən əvvəlki dövrə qədəm qoyduğu barədə mövqeyi bölüşdüyünü qeyd edib.

Həmçinin, nazir müavininin əlavə edib ki, müharibəyə hazırlaşmaq üçün çox vaxt lazımdır.