Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayıb, DSX hərbçisi xəsarət alıb

Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayıb, DSX hərbçisi xəsarət alıb

Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.