Sumqayıt Tibb Mərkəzinin həkim briqadası Cəlilabad Mərkəzi Xəstəxanasında xəstə qəbulu keçirib

Sumqayıt Tibb Mərkəzinin həkim briqadası Cəlilabad Mərkəzi Xəstəxanasında xəstə qəbulu keçirib

Birxeber.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin həkim briqadası Cəlilabad Mərkəzi Xəstəxanasında vətəndaşların sağlamlıq müayinəsini həyata keçirib. Qəbul zamanı xəstələrə peşəkar tibbi məsləhətlər verilib, müayinələr aparılıb.

Cəlilabad sakinləri göstərilən diqqət və qayğıya görə briqadanın üzvlərinə təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, belə müayinələrin mütəmadi keçirilməsi insanların sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Sakinlər adından Sumqayıt Tibb Mərkəzinin rəhbərləri Elnur Azadxanov və Ramin Qasımova xüsusi təşəkkür ifadə olunub.