Cəlilabadda ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

Cəlilabadda ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

Birxeber.az xəbər verir ki, Bu gün – 10 may 2025-ci il tarixində Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində yerləşən büstünün önünə tər güllər düzüblər, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, onun dövlətçiliyimizin quruculuğu və inkişafında oynadığı tarixi roldan danışıblar. Bildirilib ki, bu gün onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, anım tədbirləri çərçivəsində rayon ərazisində bir sıra sosial və mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.