Cəlilabadda dəhşətli hadisə: azyaşlılar balta ilə yaralanıb

Cəlilabadda dəhşətli hadisə: azyaşlılar balta ilə yaralanıb

Cəlilabad rayonunda azyaşlıların xəsarət alması ilə nəticələnən hadisə qeydə alınıb. Birxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

İlkin məlumata əsasən, kənd sakini əmi qardaşı uşaqları olan 12 və 14 yaşlı iki azyaşlıya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan azyaşlılar təcili tibbi yardım vasitəsilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda zərərçəkənlərə zəruri tibbi yardım göstərilir, onların vəziyyəti həkimlərin nəzarəti altındadır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, hadisənin səbəbləri və digər təfərrüatlar dəqiqləşdirilir.