Belarusun Baş naziri Fəxri xiyabanı ziyarət edib

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Birxeber.az Operativ Mediaya istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.