ABŞ-də silahlı şəxs kilsədə insanlara atəş açıb, yaralananlar var

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Baptist kilsəsində silahlı şəxs ibadət edənlərə atəş açıb, nəticədə bir neçə nəfər xəsarət alıb.
Birxeber.az-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosial şəbəkəsində paylaşım edib.
Qubernatorun sözlərinə görə, Riçmond yolunda həmin şəxslə polis əməkdaşları arasında silahlı qarşıdurma da baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. O qeyd edib ki, insidentin detalları araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
“Lexington Herald-Leader” nəşrinin yaydığı məlumata görə, silahlı şəxs əvvəlcə bazar günü səhər “Blue Grass” hava limanı yaxınlığında polis əməkdaşına atəş açıb. Daha sonra isə o, hava limanından təxminən 17 mil məsafədə yerləşən Baptist kilsəsinə gedərək ibadət zamanı insanlara hücum edib.
Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi zərərsizləşdirib