Cənubi Koreya millisinin baş məşqçisi istefaya göndərilib

Cənubi Koreya millisinin baş məşqçisi istefaya göndərilib

Cənubi Koreyanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib.

"Report"un “Yonhap” agentliyinə istinadən məlumatına görə, buna yığmanın uğursuz çıxışı səbəb olub.

59 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Cənubi Koreya millisi Asiya Kubokunun finalına yüksələ bilməyib. Komanda yarımfinal matçında İordaniyaya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Yurgen Klinsmann 2023-cü ildə Cənubi Koreya millisinin baş məşqçisi təyin edilib. O, əvvəllər ABŞ və Almaniya yığmalarını da çalışdırıb.